“SOCAR bəzi layihələrin icrasını çətinliklər yaranıb”


16:26     14 Sentyabr 2015 DzAHWzBMhEH2I5S2hR.jpg

"Dünya bazarında neftin ucuzlaşması səbəbindən SOCAR bəzi layihələrin icrasında çətinliklər yaranıb. Lakin mühüm layihələrin icrası davam edir və davam etdiriləcək".


Femida.az-ın məlumatına görə, bunu bu gün Bakı Ali Neft Məktəbində ali təhsil ocağına qəbul olmuş tələbələrlə görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidenti deyib ki, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir: "İcrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir. Neftin qiymətinin enməsinə baxmayaraq, biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir".

R. Abdullayev qeyd edib ki, böyük ehtimalla, bu ilin sonunadək adıçəkilən ali məktəbin inşası yekunlaşacaq.

Açar sözlər:

Oxunub: 1059