Həyətində evdən əlavə tikili tikmək istəyənlər – Bu sənədlər lazımdır


21:01     31 Yanvar 2018 18_01_31_1517403880.jpg


Xırdalan şəhər sakini Aydın Şiriyev həyətyanı sahəsində tikinti işi aparmaq istəyir. Saytımıza müraciət edən Aydın bəy hüquqi yardım istəyib. Femida.az hüquq yüklü xəbər portalı olaraq məsələni araşdırıb.


Aydın deyir ki, evi 2012-ci ildə almışam. Bütün sənədlərim qaydasındadır. Torpağın da, evin də çıxarışı var. Həyətdə boş yer var. İstəyirəm evin qabağında həmin boş ərazidə kiçik bir yer tikim ki, evdə olan artıq əşyaları ora yığım.

VəkilTural Süleymanov femida.az-a açıqlamasında bildirdi ki, burada prosedur çox çətin deyil:

“Dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən məsələ Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8-ci və 10-cu maddələrinə əsasən tənzimlənir. Əvvəlcə tikmək istədiyiniz əlavə hissənin layihəsini ümumi evlə birlikdə ixtisaslaşmış və lisenziya almış memara çəkdirməlisiz. Layihədə həyətin ümumi planı, eləcə də nəzərdə tutduğunuz formada tikili yer almalıdır. Daha sonra həmin layihə ilə birlikdə evin və torpaq sahəsinin çıxarışını, texniki pasportunu götürüb Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət etməlisiz. Nəzərdə tutulan tikilinin sahəsində asılı olaraq dövlət rüsumunu ödəyəcəksiz".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ev   #tikinti   #reyestr   #əmlak   #hüquq  

Oxunub: 4551