Ələt azad iqtisadi zonası vergilərdən azad olunur
22:00 31 Yanvar 2018
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu, burada fəaliyyət göstərən inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad olunacaq.
Femida.az-ın məlumatına görə, bu, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
"Əsas iqtisadiyyatda aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir", - deyə məlumatda vurğulanıb.
Bundan başqa, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək. Layihəyə əsasən əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi, əsas iqtisadiyyat sərhəd xidməti isə sərhəd idarəsi yaradacaq.
Femida.az
Oxunub: 2190
Oxşar xəbərlər
- Ələt qəsəbəsində zavodda partlayış olub, xəsarət alan var
- Ələt-Astara avtomobil yolunda oğurluq edən şəxs saxlanılıb
- Ələtdə baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb
- İlham Əliyev: "Ələt Azad İqtisadi Zonası gələn il investorları qəbul etməyə hazır olacaq"
- Ələt, Korgöz və Lökbatanda avtomobil yollarının yenidən qurulmasına 2,1 milyon manat ayrılıb
- Ələt Azad İqtisadi Zonası gələn ildən fəaliyyətə başlayacaq
- Ələt-Astara yolunda yük avtomobili aşıb
- Bakı-Ələt yolunda böyük tıxac yaranıb
- Lələtəpəyə sancılan bayraq paradda nümayiş etdirildi
- ADY: Ələt azad iqtisadi zonasının yaradılması yükdaşımaları artıracaq