Yasamalda gərgin gecə: Arvadına 6 bıçaq vurdu (VİDEO)


14:00     01 Fevral 2018 bicaq66.jpg

Bakıda bıçaqlanma olub.


Femida.az APA-ya istinadən xəbər verir ki, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib.

Məlumata görə, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti kafi qiymətləndirilir.

Müəyyən edilib ki, 29 yaşlı qadın yaşadığı Zərdabi küçəsindəki evdə həyat yoldaşı ilə mübahisə edib. Münaqişə nəticəsində qadının 6 bıçaq xəsarəti aldığı deyilir.

Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.



Femida.az

Açar sözlər: #Bıçaqlanma   #Yasamal    

Oxunub: 1761