Məzarlıqlarla bağlı qaydalar təsdiqlənəcək


14:41     01 Fevral 2018 mezarliq2.jpg

Baş nazirin müavini Əli Əhmədov məzarlıqlarla bağlı qaydaların qəbulunun gecikməsinə aydınlıq gətirib.


Femida.az xəbər verir ki, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, sənəd konseptual olaraq hazırlanıb.

Baş nazirin müavini bildirib ki, sənədin son variantının hansı formatda ortaya çıxması ilə bağlı müxtəlif yanaşmalar olub: "Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Sənəd yaxın vaxtlarda imzalanacaq".

Femida.az

Açar sözlər: #Məzar   #Müavin  

Oxunub: 727