Qəbiristanlıqdakı intiharın səbəbləri - ŞƏKİDƏ


17:06     08 May 2015 intihar%20qadin.jpg


İki uşaq anası intihara cəhd edib.


Dünən Şəki şəhər Kiçik Dəhnə kənd sakini, 1976-cı il təvəllüdlü Mərziyyə Yusif qızı Nəzərova Zəyzid kənd qəbiristanlığında ağacdan özünü asıb.
Hadisə ilə bağlı intihar edən Şəki sakini Mərziyyə Nəzərovanın bacısı Gülər Nəzərova ilə əlaqə saxladıq.

O, hadisə ilə bağlı məlumatı olmadığını bildirdi:
“ Demək olar ki, dəqiq məlumatım yoxdur. Sirrini başqaları ilə paylaşmırdı. Bacımın nə dərdi olduğunu bilmirəm. Bizə heç nə deməmişdi. Boşanmışdı. İki uşağı ilə yaşayırdı. Boşanmağını qəbul edə bilmirdi.”

Xatırladaq ki, M. Nəzərova iki uşaq anasıdır.

İntihara cəhd edən Mərziyyə xanımın hazırkı vəziyyəti ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxananın reanimasiya şöbəsinədən Nəsrullah həkimdən də məlumat almağa çalışdıq. O, xəstənin vəziyyətinin orta olduğunu bildirib:
“Pasient dünən saat 12:10-da xəstəxanaya gətirilib. Gətirilərən zaman komada idi. Reanimasiya şöbəsinə yerləşdirdik. İndi vəziyyəti yaxşıdır. 2-3 saata xəstəxanadan evə buraxmaq istəyirik”.

Qeyd edək ki, hadisə rayonun Zəyzid kəndində yerləşən qəbiristanlıqda qeydə alınıb.

Mərziyyə Nəzərova Zəyzid kənd qəbiristanlığında ağacdan özünü asıb. Özünü şübhəli apardığı üçün M. Nəzərovanı izləyən iş yoldaşı onun intihara cəhd etdiyini görüb və dərhal hadisə yerinə gedərək qadını xilas edib. Daha sonra ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 981


Oxşar xəbərlər