Qaçqın düşərgəsində PARTLAYIŞ: 5 ölü, 40 yaralı


16:32     01 Fevral 2018 2018/02/621624_1517473998.jpg

Nigeriyanın şimal-şərqində partlayış baş verib.

Femida.az xəbər verir ki, hadisə Borno ştatında qaçqın düşərgəsində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb.

Qeyd olunur ki, partlayışı düşərgə ərazisinə daxil olan iki intiharçı-terrorçu törədib.

Terror aktının "Boko Haram" terror qruplaşmasının törətdiyi ehtimal olunur.

Femida.az

Açar sözlər: #Nigeriya   #Partlayış  

Oxunub: 557