Evindən pul oğurlandı, oğru arvadı çıxdı
16:56 01 Fevral 2018
Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.
Araşdırmalar zamanı həmin məbləğdə olan pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı həmin pulu tanışı olan bir nəfərə verməsi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Araşdırma aparılır.
Femida.az
Oxunub: 2535
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdamda mağazadan oğurluq edilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Bakıda evdən oğurluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib