Arzu Rəhimov vətəndaşları qəbul edəcək


22:58     01 Fevral 2018 2018/02/1449207267_0001_1493645451_1517486079_1517497207.jpg

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov fevralın 15-də saat 11:00-da Xidmətin Qusar rayon şöbəsində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.


Qurumdan Femida.az-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların fevralın 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Femida.az

Açar sözlər: #Səfərbərlik   #Hərbi   #Xidmət  

Oxunub: 495