Vanqa ilə bağlı bilmədiyiniz GERÇƏKLƏR - 14 MÜƏMMA


02:20     02 Fevral 2018 18_02_01_1517509317.jpg

Dünyanın ən böyük və ən sirli kahinlərindən biri olan "Balkanların Nostradamusu” ləqəbli Vanqanın həyatı hər kəsin maraq dairəsindədir.

Dünyada "Ata Vanqa” kimi tanınan öncəgörənin həyat hekayəsini təqdim edirik:

HƏYATI

Vanqa 31 dekabr 1911-ci ildə indiki Makedoniya Respublikası ərazisində anadan olub. Əsl adı Vangelia Pandevadır. Vaxtından əvvəl dünyaya gəldiyi üçün yaşayıb-yaşamayacağı bəlli olmayıb. Buna görə də ənənəyə uyğun olaraq ona ad qoyulmayıb. Ona yalnız ilk dəfə qışqırıb səs çıxardıqdan sonra bolqar sözü evangelosa bənzər Vangelia adı qoyulub. O həyatının əksər hissəsini Bolqarıstanın Kozxux dağlarında keçirib. Dünyagörüşünə görə bir herbalist (təbiətçi) olan Vanqanı milyonlarla insan paranormal istedadı olan biri kimi tanıyıb. Uşaqlıqda mavi gözlü, sarı saçlı normal qız uşağı olan Vanqanın həyatının dönüş nöqtəsi bir qasırğa olub.

Həmin qasırğa kiçik qızcığazı yaşadığı yerdən 2 km uzağa atıb. Tapıldığında gözləri qum və toz dənələri ilə dolduğu üçün görmə qabiliyyətini itirmiş olub. Üzərində əməliyyat aparılsa da, bir daha görmə qabiliyyəti bərpa olunmayıb. 1925-ci ildə Zemun şəhərində yerləşən korlar məktəbinə aparılıb və orada 3 il təhsil alıb. Məktəbdə ona korların istifadə etdiyi Brayl əlifbası, hörmə, kulinariya, piano çalmaq və təmizlik işləri öyrədilib. 1939-cu ildə tutulduğu plevra xəstəliyi onun gənc yaşda ölməsini vəd edib. Ancaq Vanqa tez bir zamanda sağalıb.

II Dünya Müharibəsi zamanı yaxınlarının ölüb-ölmədiyini bilmək istəyən hər kəs Vanqanın yanına qaçıb.

Vanqa 10 may 1942-ci il tarixində Dimitar Guşterov adlı bir kişi ilə evlənib. Qısa müddət evil qalan cütlük Dimitarın Bolqarıstan ordusuna qatılması ilə ayrılmalı olub. O, 1947-ci ildə alkoqolizm xəstəliyinə tutulub və 1962-ci ildə vəfat edib. Vanqa isə 11 avqust 1996-cı ildə döş xərçəngindən dünyasını dəyişib.

Onun vəsiyyəti yerinə yetirilərək Petrik şəhərindəki evi muzeyə çevrilib və 2008-ci ildə qapılarını ziyarətçilərinə açıb.
ÖNCƏGÖRMƏLƏRİ

II Dünya Müharibəsinin nəticələrindən, Qandinin ölümünə, 11 sentyabr hadisələrindən Obamanın ABŞ prezidenti olacağına dair bütün qlobal əhəmiyyətli hadisələrin nəticələrini bilən Vanqa Donald Trampın prezident seçiləcəyini belə xəbər verib. İŞİD terror təşkilatının hökmünün güclənəcəyini deyən Vanqanın 2018-ci ildə dair iki əhəmiyyətli öncəgörməsi də var.

VANQAYA GÖRƏ 2018-ci il

Vanqaya görə, Çin 2018-ci ildə supergüc olub ABŞ-ı geridə qoyacaq. İkinci təxmini isə Venera planetində yeni bir enerji forması kəşf ediləcək.

Bəs 85 yaşlı bir öncəgörücünün bu ehtimalları gerçəkləşə bilərmi?

Çin iqtisadiyyatı son illərdə getdikcə inkişaf etməkdədir. Bu ölkənin iqtisadiyyatı 1970-ci ildə dünya iqtisadiyyatının 4 faizini əhatə edirdisə, bu rəqəm 2015-ci ildə 15,6 faizə çatıb. Çin hələ ki, ABŞ-a çata bilməyib. Ancaq bu vəziyyət çox yaxında dəyişə bilər. Çünki ABŞ-da Çini özünə çox güclü bir rəqib kimi tanıyır.

İlk ehtimal reallığa uyğun olsa da, ikinci ehtimal, yəni Venerada yeni bir enerji formasının tapılması qaranlıq məqamdır. Bu çərçivədə hər hansı bir kosmik işlərin aparılmasına start verilməyib. Ancaq bu il Günəşin tədqiqatçısı Eqene Parkerin adını daşıyan və Günəşin xaricini tədqiq edən bir araşdırma komandası işə başalayacaq. Bu araşdırma çərçivəsində Veneranın qravitasiya qüvvəsinin Günəşin ətrafından keçmək üçün istifadə edilməsi planlaşdırılır.

YER KÜRƏSİNİN SONU VƏ MARSDA HƏYAT

Vanqanın təxminlərinə görə,

2028-ci ildə dünya miqyasında aclıq sona çatacaq.
2256-cı ildə isə Marsda koloniyalar qurulacaq. 2341-cı ildə Yer kürəsi yaşanmaz bir hala gələcək.
2033-cü ildə qütb buzları əriyəcək və okeanların səviyyəsi yüksələcək.
2043-cü ildə müsəlman bir dövlət Avropanın tək hökmdarı olacaq.
2066-cı ildə müsəlmanların Romaya hücumu əsnasında ABŞ iqlim dəyişikliyi edə bilən bir silahdan istifadə edəcək (ani donma).
2076-cı ildə bütün dünya bir sinifdə olacaq (Kommunizm)
2088-ci ildə insanlar anidən qocalma xəstəliyinə tutulacaq və 2091-ci ildə bu xəstəliyin çarəsi tapılacaq.
2100-cü ildə insanlar ikinci Günəşi düzəldəcək və dünyanın hər tərəfi işığa qərq olacaq.
2125-ci ildə Macarıstana kosmosdan siqnal gələcək və insanlar Vanqanı xatırlayacaq.
2154-cü ildə heyvanlar yarıinsan olacaq.
2167-ci ildə yeni bir din ortaya çıxacaq.
2170-ci ildə böyük quraqlıq və qıtlıq yaşanacaq.
2183-cü ildə Marsdakı koloniya Yer kürəsindən müstəqil şəkildə fəaliyyət göstərəcək.
2256-cı ildə yadplanetlilər yeni xəstəliklər gətirəcək.
Qeyd edək ki, Vanqa Donald Trampın prezident seçilməsindən sonra dünyada hər şeyin pis yöndə gedəcəyini və Avropa qitəsinin 2016-cı ildən etibarən "boşluqda” qalacağını da bilmişdi.

Alimlərin araşdırmalarına görə, ikinci öncəgörmə "Brexit” müqaviləsinə işarə edir. Ata Vanqa ölümündən öncə böyük bir müsəlman qırğının baş verəcəyini xəbər vermişdi. Bu isə İŞİD terror təşkilatının doğulması ilə əlaqələndirilmişdi./publika.az

Açar sözlər: #Vanqa  

Oxunub: 2127