Kimlər ömürlük azadlıqdan məhrum edilə bilməz? - Qanundan çıxarış


15:41     02 Fevral 2018 1407932396_ata-qatili-hebsxanada-olub-cenubnews.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu ömürlük azadlıqdan məhrum etmə ilə bağlıdır.



Azərbaycan qanunvericiliyinə görə, cinayət törədən şəxsə ən ağır cəza - ömürlük azadlıqdan məhrum etmədir.

Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir (məsələn : soyqırım, müharibə qaydalarını pozma,milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə, terrorçuluq). Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Ömürlük azadlıqdan məhrum edilmiş şəxs cəzasının 25 ilini çəkdikdən sonra, ömürlük azadlıqdan məhrum etmə cəza növü on ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.


Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Femida   #Hüquq   #Məhkəmə   #Azadlıq    

Oxunub: 3715