Təyyarəyə vaxtında çata bilməsəm, NƏ ETMƏLİYƏM?
20:53 02 Fevral 2018
Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata bilməməkdir.
Çox insan bu tip situasiyalarda nə edəcəyini bilmir. Pulumu geri ala bilərəmmi? Uçuşun tarixini dəyişdirmək mümkündürmü?
Uçuşa vaxtında çata bilməsəm, nə etməliyəm?
Tıxac, xəstəlik, yaddan çıxan pasport və digər hadisələr zamanı sərnişinlər təyyarəyə vaxtında çata bilmir.
Femida.az xəbər verir ki, əgər belə vəziyyətlə rastlaşsanız, ilk etməli olduğunuz bilet aldığınız şirkətin satış mərkəzlərinə getməkdir.
Situasiya hava yolları şirkətinə və biletin sinfinə görə dəyişir. Bir qayda olaraq, sərnişin reysə bir neçə saat qalmış uçuşdan imtina edirsə, ondan müəyyən miqdarda cərimə kəsilir.
Lakin reysə vaxtında çata bilməyəndə isə bir çox şirkət ödədiyiniz məbləği geri qaytarmır.
Əgər dönüş üçün bilet almısınızsa, avtomatik həmin bilet də ləğv edilir və təkrar satışa çıxarılır. Bu riski azaltmaq üçün gediş-dönüş biletlərinizi ayrı almağınız məsləhətdir.
Digər tərəfdən, əgər reys hava yolları şirkətinə görə, təxirə salınıbsa, belə olan halda pulunuzu geri alma və ya tarix dəyişikliyi mümkündür.
Fors-major hallarla rastlaşa biləcəyiniz üçün səyahət sığortası belə situasiyalarda böyük əhəmiyyət kəsb edir.
Təbii ki, sığorta etdirərkən detallarına qədər soruşmaq lazımdır. Biletə ödədiyiniz məbləği sığorta ilə geri almaq da mümkündür.
Femida.az
Oxunub: 2368
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 9 təyyarəsi məhv edilib"
- Pelosinin təyyarəsinin uçuşunu rekord sayda insan izləyib
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Ukrayna Baş Qərargahı: "Qırıcı təyyarələrimiz qarşı tərəfin mövqelərinə güclü zərbələr endirib"
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 təyyarəsi və 1 helikopteri məhv edilib"
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilir