Dünyanın ən lüks həbsxanası - FOTOLAR


19:48     14 Sentyabr 2015 hebs33.JPG

Norveç dünyada ən humanist penitensiar sistemə sahib ölkə hesab olunur.


Oslodan cəmi 115 km uzaqda yerləşən adada 115 cinayətkar saxlanılır. Bastoy adasını nə daş hasarlar, nə elektrik naqilləri ,nə də itlə dolaşan əsgərlər qoruyur. Bu səbəbdən adanı ilk baxışda turistik məkana bənzətmək olar. Məhkumlar burada taxtadan kotejlərdə qalır. Bundan əlavə həbsxanada tennis kortları, yay üçün çimərliklər və balıq ovlamaq üçün məkan var. Yemək saatlarında isə balıqdan qırmızı ətə qədər müxtəlif seçimləri təqdim olunur.

Həbsxanada məhkumların tək məcburiyyəti var: işləmək. Burda qalanlar hər gün səhər 8:30dan axşam 15:30-a qədər işləyirlər. Bu əməklərinin qarşılığında isə hər gün 10 dollar qazanırlar. Bu pulu onlar adada yerləşən kafedə xərcləyə bilərlər. İkinci məcburiyyət isə gün ərzində bir neçə dəfə yoxlama məntəqələrində imza atmaqdı.

Norveçdəki bu sistem bəzilərinə görə düzgün hesab olunmur və düzgün həyat tərzinə sahib insanlara təhqir olaraq görülür. Onların isə öz arqumentləri var. Bastoy həbsxanasının rəisi Arne Krevnik Nilsen deyir ki: “Bizim məqsədimiz insanların daha yaxşı tərəflərini kəşf edib, daha sağlam və hörmətli vətəndaş olmalarıdır. /pahoo.az/












Açar sözlər:

Oxunub: 1508