İdmançımız ermənini 5:0 məğlub etdi
14:02 03 Fevral 2018
Yeniyetmələrdən ibarət karate üzrə seçmə komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günündə 2 qızıl medal qazanıb.
Femida.az -ın məlumatına görə, Tale Yaqubov (-63 kq) və Polina Hurenko (-47 kq) Avropa çempionu olub. Yeni ukraynalı legioner P.Hurenko final döyüşü də (8:0) daxil olmaqla, beş görüşdən üçünü vaxtından əvvəl azı 3 xal fərqli üstünlüklə, həmçinin cəmisi 2 xal buraxmaqla başa vurub.
Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.
Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.
3 fevralda 16-18 yaşlı gənclər, o cümlədən Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) tatamiyə çıxacaq. Bakı vaxtı saat 17-00-da qitə çempionaının təntənəli açılış mərasimi olacaq.
Qeyd edək ki, Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.
Femida.az
Oxunub: 1218
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- Azərbaycanda Olimpiya Kompleksində 15 idmançı zəhərlənib
- Gənclər və idman naziri yeni idarə rəisi təyin edib
- Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir
- Məhkəmə İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru ilə bağlı qərar çıxarıb
- Gəncədə idman meydançasının yardımçı otağından oğurluq edilib
- Azərbaycanda yeni idman federasiyası yaradılıb
- “Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi” - Şöbədə arvadını öldürən polis
- Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan ölüb