Gəncədə aksiya keçirildi


20:28     14 Sentyabr 2015 fleshmob_140915__(2).jpg

11-12 sentyabr tarixlərində “ASAN Könüllüləri” Təşkilatı Gəncə şəhərində könüllülük fəaliyyətinin təbliği məqsədilə “Könüllülər Yurdu - Azərbaycan” layihəsini həyata keçirib.


Femida.az xəbər verir ki, açılış mərasimində Gəncə “ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak edib və gənclərə uğurlar arzulayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihəydə Ağdam, Yevlax və Bərdə rayonlarından ümumilikdə 60 gənc iştirak edib. İlk növbədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib. Daha sonra layihə iştirakçıları Gəncə “ASAN xidmət” mərkəzi ilə tanış olub, 100 ailəyə könüllük fəaliyyəti və “ASAN xidmət”in göstərdiyi xidmətlər ilə bağlı maarifləndirici bukletlər (məlumat vərəqləri) paylayıblar.

Layihə çərçivəsində gənclərə könüllük fəaliyyətini praktiki cəhətdən öyrədilməsi məqsədilə Gəncə “ASAN xidmət” mərkəzi qarşısında kitab fleşmobu keçirilib. Eyni zamanda aksiyanın keçirilməsinin məqsəd gənclər arasında mütaliyənin artırılması olub.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri ilə yanaşı 6 regionu əhatə edəcək “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi könüllü fəaliyyətini gənclər arasında təbliğ etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir. Onuda qeyd edək ki, layihə 600 gənci əhatə edəcək və 50 000 ailə “ASAN xidmət”in göstərdiyi xidmət ilə bağlı maarifləndiriləcək.

Açar sözlər:

Oxunub: 670