Cüdoçumuz Avropa kubokunun qalibi oldu - FOTO


01:47     04 Fevral 2018 2018/02/15176781222959229279_1000x669_1517679219_1517680143.jpg

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa start verilib.


Beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Cüdoçumuz finala qədər Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edib. Həlledici görüşdə rusiyalı Səxavət Hacıyevə qalib gələn Azərbaycan cüdoçusu Avropa kuboku yarışında 1-ci yeri tutub.

Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparır.



Femida.az

Açar sözlər: #Cüdo   #Avropa   #Kuboku  

Oxunub: 586