Yuxusuzluqdan qurtulmağın 18 üsulu


02:13     04 Fevral 2018 2018/02/yuxusuzluq_0256_1517682270.jpg

Yaxşı yuxunun göstəricisi ancaq onun müddəti deyil. Yuxunun keyfiyyəti nə qədər yatmanızdan daha önəmlidir. Az və keyfiyyətsiz yuxu xərçəngə tutulma riskini artırır. Keyfiyyətli yuxulaya bilməyən insanların bir çox problemləri olur.


Yuxu problemi ilə mübarizə aparan insanların yaddaşı da korlanır. Belə insanlar daha tez yaşlanmaya məruz qalırlar. Sakit və tam yuxunun ən birinci şərti isə rahatlıqdır. Yatmazdan öncə bir neçə şərtə əməl etsəniz, keyfiyyətli yuxu almaq olar:

1. Əsəblərini korlayan problemləri, hiddəti işdə qoyun, evə iş gətirməyin.
2. Axşam ailənizlə mümkün olduğu qədər çox vaxt keçirin.
3. Qorxu filmlərini, gecə saatlara kimi davam edən mübahisəli proqramları izləməyin.
4. Siqareti tərgidin və ya azaldın. Nikotin yuxunu qaçırır.
5. Yatmazdan öncə yarım stəkan su için. Gecə yanınızda bir stəkan su qoyun.
6. Ağrıyan yeriniz varsa, onu dəf etmədən yatmayın. Ağrı yuxusuzluq yaradır.
7. Başqa xəstəliyə görə qəbul etdiyiniz dərmanların yuxuya təsir etmədiyinə əmin olun.
8. Yatmamışdan 4-6 saat əvvəl edilən 20-30 dəqiqəlik idman yuxuya getməni asanlaşdırır.
9. Yataq otağının qaranlıq olduğuna əmin olun.
10. Yataq otağındakı saatları gizlədin, gecə oyansanız, saata baxmamağa çalışın.
11. Elektron cihazları yataq otağından uzaqlaşdırın. Kompüter, musiqi mərkəzi, televizor, mobil telefon, radio beyinə təsir edən radiasiya yayır.
12. Pərdələri bağlayın.
13. Gündüz yuxusunu 10-15 dəqiqəyə salın.
14. Yatmaq üçün ideal otaq temperaturu 20-22 dərəcədir. Yataq otağı bir az sərin olsun.
15. Yatmazdan öncə rahat gecə paltarı geyinin.
16. Yuxu rejimini qoruyun. Hər gün eyni saatda yatıb-durmağa çalışın.
17. Yatmazdan öncə ağır qidalar qəbul etməyin.
18. Yatmazdan bir neçə saat öncə kitab oxumaq, musiqi dinləmək faydalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 912


Oxşar xəbərlər