Pakistanda hərbi hissəyə hücum: 11 ölü, 13 yaralı


02:53     04 Fevral 2018 partlayis%20pakistan.jpg

Pakistanın şimalında terrorçular hərbi hissəyə hücum edib.


Geo TV telekanalının hərbi mənbələrə istinadla yaydığı məlumata görə, hücum nəticəsində 11 hərbçi ölüb, 13-ü yaralanıb.

Üç nəfər hadisə yerində həlak olub, digərləri aldıqları yaralardan sonradan ölüblər.

Terrorçu-kamikadzenin partlayıcı qurğunu hərbi hissənin idman meydançasında işə saldığı bildirilir.

İnsidentlə bağlı təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 438