299 min dollara viski satıldı - FOTO


14:00     04 Fevral 2018 18_02_04_1517724021.jpg

Yaponiya istehsalı olan "Yamazaki 50 Years" maya viskisinin bir şüşəsi Honq-Konqdakı "Sotheby's" auksionunda 299 min dollara satılıb.

Femida.az oxu.az-a istinadən bildirir ki, bu, yapon istehsalı olan spirtli içkiyə indiyədək verilən ən yüksək qiymətdir.

"Yamazaki 50 Years" markalı viski 2011-ci ilin dekabrında cəmi 150 şüşə istehsal edilib. Həmin içki elit maya növündən hazırlanaraq 50 il yapon palıdından düzəldilən çəlləklərdə saxlanıb. 2011-ci ildə bu viskinin bir şüşəsi Yaponiyada təqribən 9500 dollara satılıb. Həmin şüşələr kolleksionerlər və həvəskarlar tərəfindən alınıb.

"Yamazaki 50 Years" viskisi Yaponiyanın tanınmış "Suntory Spirits" şirkəti tərəfindən buraxılan içki növlərindən biridir. Son illər bir çox müsabiqələrdə, o cümlədən Böyük Britaniyada təşkil edilən müsabiqələrdə qalib gəlmiş yapon viskisinə bütün dünyada maraq var.

Femida.az

Açar sözlər: #viski   #dünya   #yaponiya  

Oxunub: 837