Polis “Toppuş bacı”nı saxladı - Həbs qərarı var
16:31 04 Fevral 2018
“Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar aktrisa Tünzalə Əliyevanın avtomobilinə həbs qoyulub.
Femida.az-ın məlumatına görə, aktrisa bu barədə “Zaurla Günaydın” verilişində bildirib.
“Dekabrın 4-də “Hummer” markalı maşını aldım. İnternetdən bəyəndik, yoldaşım adamla tanış oldu və maşını araşdırdıq. Getdik polisdən də öyrəndik ki, borcu yoxdur. Dekabrın 7-də məhkəmədən qərar çıxdı ki, maşına həbs qoyulsun. Yanvarın əvvəlində bizə bu xəbər gəldi. Polis yolda saxladı ki, banka borcunuz var, avtomobiliniz həbs olunur. Haralara getdik, axırda bildik ki, banka kredit borcu var imiş. Maşını aldığımız adamın da xəbəri yox idi. Üç aydır maşını alıb, xəstələnib, satır. Maşını 2012-ci ildə alan adamın borcudur. 23 min 500 manat nəğd ödəmişəm. Ümumilikdə 25 minə başa gəlib. Problem odur ki, maşın indi mənim deyil. Ulduzluğuma görə maşın dəyişmədim. 2008-ci ilin maşını idi. Bundan əvvəlki “Pajero”m benzinlə işləyirdi. Böyük maşın istədik ki, xınaya gedəndə dekorasiyanı içərisinə yığa bilim”, - deyə sənətçi söyləyib.
Femida.az
Oxunub: 3158
Oxşar xəbərlər
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Əməkdar jurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın Əməkdar rəssamı həbsdən azad edilib
- Ukraynanın əməkdar artisti Kiyevdə raket hücumu zamanı həlak olub
- Azərbaycanın Əməkdar rəssamı vəfat edib
- Azərbaycanın əməkdar jurnalisti vəfat edib
- Azərbaycanın əməkdar məşqçisi vəfat edib
- Əməkdar artist Novruz Qartal vəfat edib
- Koronavirusdan vəfat edən Əməkdar artist Qubada dəfn olunub