Sərnişinlə dolu avtobus divara çırpıldı - Masazırda


17:25     04 Fevral 2018 avtobus_.jpg

Sərnişinlə dolu 199 nömrəli avtobus Masazırda ağır qəzaya düşüb.

Femida.az-ın məlumatına görə, hadisə "Masazır dairəsi" adlanan ərazidə baş verib.

Belə ki, dairəyə daxil olan avtobus "Hyundai" markalı maşına dəyib və daha sonra divara çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.

Femida.az

Açar sözlər: #avtobus   #qəza   #Masazır  

Oxunub: 945