Ermənistanda camaatı su ilə zəhərlədilər


20:58     14 Sentyabr 2015 50296.jpg


Ermənistanda kütləvi zəhərlənmə qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, hadisə Ermənistanın Şirak vilayətinin Dzitankov kəndində baş verib. Nəticədə azı 28 sakin mədə-bağırsaq infeksiyasına yoluxub.

Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyanın sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb.

Xarici KİV-lərin xəbərinə əsasən, infeksiya təkcə Dzitankov kəndində deyil, eyni zamanda, Araqatsotn vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb.

Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə, Araqatsotn vilayətinin bir neçə yaşayış məntəqəsində, o cümlədən, Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkarlanıb.

Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib.

Açar sözlər:

Oxunub: 1117