Ərdoğan Vatikana səfər edib


18:03     05 Fevral 2018 2018/02/834067_1517825120.jpg

Türkiyə Prezidenti Ərdoğan Vatikana səfər edib.


Səfər çərçivəsində Ərdoğan Roma Papası Fransisklə görüşüb.

Ərdoğanın Vatikanda digər rəsmilərlə də görüşü nəzərdə tutulub.

Görüşlərdə Türkiyə-Vatikan münasibətləri, Qüds məsələsi, regional problemlər, Suriyada yaşanan hadisələr, terrorla mübarizə kimi mövzular müzakirə olunacaq.

Vatikandakı görüşlərdən sonra isə Ərdoğan Romada İtaliya prezidenti Sergiyo Mattarella ilə görüşəcək.

Qeyd edək ki, Ərdoğanın bu səfəri 59 illik fasilədən sonra Türkiyədən Vatikana prezident səviyyəsində edilən ilk ziyarət hesab olunur.

Vatikanı ziyarət edən ilk Türkiyə prezidenti isə Calal Bayar (1959-cu il) olub.

Femida.az

Açar sözlər: #Türkiyə   #Prezident   #Ərdoğan   #Vatikan  

Oxunub: 534