Telekanallarda kompleks profilaktika aparılır


19:10     05 Fevral 2018 televiziya_0054.jpg

Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılır.


Bu barədə Femida.az-a "Teleradio" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunur ki, profilaktika işləri ilə əlaqədar olaraq telekanal və radiostansiyaların işi səhər saat 06:00-dan saat 15:00-dək dayandırılıb.

Xatırladaq ki, 2018-ci il üzrə profilaktika işlərinin cədvəli ötən ilin sonlarında təsdiq edilmişdi. Cədvələ əsasən, bu il dörd kompleks profilaktika işinin keçirilməsi nəzərdə tutulur. Növbəti bu cür profilaktika iyun, sentyabr və dekabr aylarnda keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 413