Erməni baş redaktordan etiraz: "Bu, nazirliyin KİV-lər üzərində təcavüzüdür"


19:23     05 Fevral 2018 18_02_05_1517829845.jpg

"Bütün bunlar müdafiə nazirliyi haqqında karikaturadan başladı və tədricən bir qartopu kimi böyüdü. Lakin qeyd etmək istəyirəm ki, biz qorxmuruq".

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə "Medialab.am" saytının baş redaktoru Marianna Qriqoryan bildirib.

Erməni baş redaktor daha da cəsarətli çıxış edərək baş verən halı KİV-lər üzərinə edilən bir təcavüz olaraq dəyərləndirib.

"Belə təhdidlərə səbəb olan insanların, öz hərəkətlərinə cavab verməsi çox vacibdir. Çünki baş verən hadisələr küçə danışığı yox, Kütləvi İnformasiya Vasitələri üzərində edilən xüsusi bir təcavüzdür".

Qeyd edək ki, "Medialab.am" saytı Ermənistan müdafiə naziri Vigen Sarkisyanı təsvir edən karikatura təqdim edib. Nəticədə, baş redaktor MN və bir "Facebook" istifadəçisi tərəfindən təhdidlərə məruz qalıb.



Femida.az

Açar sözlər: #ordu.az#Ermənistan  

Oxunub: 734


Oxşar xəbərlər