Hökumət rəhbərinin evindən silahlar tapıldı


20:05     05 Fevral 2018 18_02_05_1517831722.jpg


Dağıstanın hökumət rəhbəri vəzifəsini icra edən Abdusamad Həmidovun evində axtarışlar aparılıb.

Femida.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FTB) həyata keçirdiyi axtarışlar zamanı Həmidovun yaşadığı evdən “TT” və “Beretta” markalı tapançalar, iki "Kalaşnikov" avtomatı götürülüb.

Məlumata əsasən, Dağıstanda saxlanılan şəxslər büdcədən sosial layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu gün Həmidovla yanaşı onun iki müavini Federal Təhlükəsizlik Xidməti (FTB) tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər: #Dağıstan   #hökumət  

Oxunub: 748