DİQQƏT! - Kartınızdakı qalıq pullar yanacaq


20:42     05 Fevral 2018 18_02_05_1517834593.jpg

Məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”lardan istifadə zamanı bu kartlarda qalıq pul qalır.

Belə ki, balansında 40 qəpik olan məhdud istifadə kartları ilə gediş haqqı 30 qəpik olan avtobusa (175 saylı atobus) daxil olan zaman kartda 10 qəpik qalır. Kartın istifadəsi bitdiyi üçün pul kartla birlikdə yanır.

Bakı Nəliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemlə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu qalığın qalmaması üçün sərnişinlər gediş haqqını əvvəlcədən planlaşdıraraq yükləməlidirlər. Gedəcəkləri marşurt xətti üzrə gediş haqqı 30 qəpikdirsə, o zaman 40 yox, 30 qəpik yüklənməlidir.

Yəni, məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”larda qalan qalıq pullarla bağlı BNA heç bir məsuliyyət daşımır./matbuat.az

Femida.az

Açar sözlər: #bakıkart   #pul  

Oxunub: 3447