Lavrovdan ABŞ-a sərt ittiham


22:00     14 Sentyabr 2015 cs-Foreign-Minister-Sergei-Lavrov-gestures-during-a-news-conference-after-a-meeting-with-his-counterpart-from-Mozambique-Oldemiro-Baloi-in-Moscow-April-21-2014.-REUTERSrSergei-Karpukhin-5.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ İŞİD-in yerləşdiyi əsas mövqeləri bildiyi halda onların heç birini vurmur.


Femida.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Birinci” kanalına müsahibə verən Lavrov İŞİD-ə qarşı yaranmış ittifaqı məsuliyyətlərini həyata keçirməməkdə tənqid edib: “Ya ABŞ bu ittifaqı heç düşünmədən qurub, ya da bu ittifaqdan qoyulan hədəflərdən kənarda istifadə edir”.

Lavrov bildirib ki, ittifaqdakı ölkələrin hamısı İŞİD-ə qarşı aparılan hava əməliyyatlarında eyni bir istiqamətdə hərəkət edir: “Bu ölkələrin İŞİD-dən başqa hədəflərinin də olduğu ortaya çıxır. Heç bir əməkdaşımızı zənn altında qoymaq istəmirik, lakin həmin ittifaq ölkələri İŞİD-in harada yerləşdiyini bildikləri halda onların mövqelərinə vurmaq istəmirlər”.

Açar sözlər:

Oxunub: 872