Airbus-ın uçan taksisi işə düşdü


13:52     06 Fevral 2018 18_02_06_1517896548.jpg

"Airbus" aviatikinti konserninin A3 bölməsi tərəfindən hazırlanmış "Vahana" adlı sürücüsüz hava taksisi ilk uçuşunu yerinə yetirib. Bu haqda layihənin bloqunda məlumat verilib.



Femida.az ICTnews-a istinadən bildirir ki, 31 yanvar tarixində Pendltonda yerləşən aerodromda yerinə yetirilmiş sınaq uçuşunda uzunluğu 6,2 metr, eni 5,7 metr olan "Vahana" sürücüsüz hava taksisinin prototipi 5 metr hündürlüyündə şaquli uçub, 1 dəqiqə müddətində havada qalıb və rahat şəkildə yerə enib. Növbəti gün prototip ikinci uçuşu həyata keçirib.

Qeyd edək ki, başqa şirkətlər də hava taksisi hazırlamaqla məşğuldurlar. Məsələn, ötən ilin sentyabrında Almaniyanın "Volocopter" (E-volo) şirkəti tərəfindən hazırlanmış "Volocopter 2X" adlı sərnişin dronu Dubayda ilk sınaq uçuşunu yerinə yetirib.

Femida.az

Açar sözlər: #Maraqlı   #Taksi    

Oxunub: 742