Bələdiyyələrlə bağlı 15 fakt üzrə cinayət işi başlanılıb


17:30     06 Fevral 2018 1398947325_mehkeme.jpg

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.


Femida.az APA-ya istinadən xəbər verir ki, iclasda Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzinin ötən il üzrə fəaliyyəti müzakirə olunub.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci ildə Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub: "Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib".

Onun sözlərinə görə, ötən il 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi halları aşkarlanıb:"Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb".

Femida.az

Açar sözlər: #Bələdiyyə   #Cinayət   #Məhkəmə  

Oxunub: 685