Nikola Vuyoviç Azərbaycana səfər edəcək


19:52     06 Fevral 2018 2015-03-13-11-35-02bina-baki-liderxeber-640.jpg

Monteneqronun İqtisadiyyat Nazirliyinin Dövlət katibi Nikola Vuyoviç fevralın 15-də Azərbaycana səfər edəcək.


Femida.az xəbər verir ki, N.Vuyoviç fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

Femida.az

Açar sözlər: #Nikola   #Vuyoviç   #Azərbaycan  

Oxunub: 771