Hakimin dələduzluqda təqsirləndirilən qardaşına hökm oxunub


15:20     07 Fevral 2018 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Kərimov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir məzili bir neçə nəfərə satıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır.

Onu da əlavə edək ki, həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. O, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

Femida.az

Açar sözlər: #Hakim   #Məhkəmə   #Cəza  

Oxunub: 863