Məktəbdə başlayan yanğını şagirdlər söndürdü - Qubada


15:17     07 Fevral 2018 femida%20yangin.jpg


Qubada yanğın olub.


Qubanın Birinci Nügədi kənd məktəbində yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Əraziyə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Məktəbdən APA-ya bildirilib ki, məktəbin zirzəmisində tüstülənmə qeydə alınıb. Məktəb şagirdlərinin köməkliyi ilə yanğının qarşısı alınıb. Təhlükəsizlik qaydalarına görə, FHN-nə məlumat verilib.

Nazirliyinin əməkdaşları əraziyə baxış keçiriblər, təhlükənin qarşısı alınıb.

Femida.az

Açar sözlər: #Məktəb   #FHN   #Zirzəmi  

Oxunub: 572