Adnan Oktarın verilişi dayandırıldı, cəza verildi — QƏRAR


17:16     07 Fevral 2018 2018/02/adn_1517994983.jpg

Türkiyənin Radio və Televiziya Ali Şurası ictimaiyyətdə (RTÜK) Adnan Oktara məxsus “A9” telekanalının yüksək məbləğdə cərimə edilməsi və verilişin yayımının 5 dəfə dayandırılması ilə bağlı qərar verib.


Femida.az xəbər verir ki, A.Oktar ilə münaqişə yaşayan Dini işləri naziri Əli Ərbaş Oktarın ağlının yerində olmadığını bildirmişdi.

Bundan sonra Türkiyədə Dini Təşkilat üzvləri Adnan Oktardan şikayət ediblər.

Təşkilat rəhbərinin vəkili Osman Aydın açıqlamasında isə bildirib ki, Oktarın nə etmək istədiklərindən xəbərdardırlar: "Bu, İslama və insanlığa qarşı üsyandır. Bunlar dilləri zəhərli, ürəkləri zəncirli, beyinləri keyidilmiş, manqurtlaşdırılmış bir ruh halı ilə müsəlman Anadolu xalqından və tarixindən intiqam almaq məqsədilə qurulmuş gizli təşkilatdır”.

Aydın qeyd edib ki, İslam əxlaqı ilə uyğun olmayan görüntülərlə xalqın qarşısına çıxan Adnan Oktar və sahibi olduğu A9 kanalına qarşı həssas türk ailələrinin etirazları hər gün artmaqdadır. İslamın qadın və kişilərin geyim və davranış mövzusundakı hökmlərinin bəlli olduğunu bildirən Aydın qeyd edib ki, İslam dininin, xristian və yəhudi inanclarının belə, uyğun görmədiyi xoş olmayan görüntülərlə ekranlarda görünərək cəmiyyətin əsəblərinə toxunmaq normal bir vəziyyət deyil.

Daha sonra Osman Aydın A9 kanalının bağlanılmasını tələb etdiklərini də dilə gətirib.

Qeyd edək ki, son 2 ay 15 gün müddətində Adnan Oktardan şuraya 444 şikayət məktubu ünvanlanıb.

Femida.az

Açar sözlər: #Adnan   #Oktar   #Məhkəmə   #Qərar  

Oxunub: 4093