Diqqət! Sabah bu yollar bağlanacaq


22:04     08 May 2015 Road_Baku_040512_11.jpg

Sabah I Avropa Oyunlarına hazırlıq məqsədilə paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Bunu Femida.az-a Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, Bakı-2015 Avropa Oyunlarına hazırlıq məqsədilə 9 may 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək. Bu səbəbdən mayın 9-da saat 12:00-dan 19:00-dək Mehdi Hüseyn küçəsi, 1 ünvanından başlayaraq Parlament prospekti boyu, eləcə də Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektlərinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.

Həmçinin, bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyatda və metronun “Koroğlu” stansiyasında sıxlıq olacağı gözlənilir. Buna görə də şənbə günü ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 619