Hadı Rəcəbli: "Cəzaları sərtləşdirmək lazımdır"


20:21     07 Fevral 2018 18_02_07_1518006099.jpg


Yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində aidiyyatı orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr zamanı "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

Onun sözlərinə görə, bununla onlara təsir olmalıdır. Hazırki layihədə isə məsələyə ümumi toxunulub.

Komitə sədri Hadı Rəcəbli isə deyib ki, qanunları icra etməməyə görə cəzalar nəzərdə tutulub, sadəcə həmin cəzaları sərtləşdirmək lazımdır./sputnik

Femida.az

Açar sözlər: #deputat   #qanun   #cəza  

Oxunub: 1519