Şabranda yanmış kişi meyiti tapıldı - FOTO (18+)
21:25 07 Fevral 2018
Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub.
Femida.az APA-ya istinadən xəbər verir ki, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Binəqədi rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi qeydiyyatda olub.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Femida.az
Oxunub: 1721
Oxşar xəbərlər
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
- Şabranda narkotacir saxlanılıb
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb