“WhatsApp”da qrup zənglərində yenilik


23:57     07 Fevral 2018 vatsap.jpg

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” ani mesajlaşma xidmətinin yeni beta-versiyasında istifadəçilərə qrup zənglərinə öz kontakt siyahılarından 3 nəfər əlavə etməyə imkan veriləcək.


Femida.az ICTnews-a istinadən xəbər verir ki, beləliklə, qrup zənglərində eyni anda sözügedən messencerin 5 istifadəçisi iştirak edə biləcək.

İstifadəçi qrup zənginə öz kontakt siyahısından daha 3 nəfəri əlavə etmək üçün ekranın sağ yuxarı küncündə yerləşən ikonkanın üzərinə sıxmalıdır.

Sözügedən funksiya tezliklə geniş istifadəçi kütləsinə əlçatan olacaq.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi BƏYƏNİN

Açar sözlər: #WhatsApp  

Oxunub: 672