Böyükağa Hacıyev infarkt keçirdi - Təcili xəstəxanaya aparıldı


02:24     08 Fevral 2018 18_02_07_1518027962.jpg

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.



Femida.az xəbər verir ki, bu barədə Apasport.az saytına təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.

Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulacaq.

Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı” və “Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin “Neftçi”ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.

Açar sözlər: #Xəstəxana   #Futbol  

Oxunub: 1028