Bu uşaq 98 ildir yatır - ŞOK VİDEO

23:58     07 Fevral 2018 2018/02/Budak-Kota_1518033620.jpg

Mumiyalanan Rosalia Lombardonun cəsədi düz 98 ildir heç bir dəyişikliyə məruz qalmadan, sanki bir uşaq kimi yatır.


Bu sirri açıqlamaq alimlərin 98 ilini alıb.
Dünyada H1N1 virusu kimi tanınan donuz qripinin bənzəri olan İspanyol qripi Avropada 25 milyon insanın canını alıb.
Bunlardan biri də italiyalı general Mario Lombardonun balaca qızı Rosalia Lombardo idi.Balaca qızcığaz İspanyol qripindən vəfat edəndə, bu general atasını dərindən sarsıdır.
Kədərini azcıq da olsa yüngülləşdirmək istəyən general Lombardo, qızını mumiyalayaraq onu ölümsüzləşdirmək qərarına gəlir.
O, illər sonra belə qızının sanki yatırmış kimi şüşə faunustada insanlara gülümsəməsini istəyirdi.
Bu işi görə biləcək adamı o, İtaliyanın Siciliya bölgəsində tapır.
Mumiya ustası Alfredo Salafia balaca qızcığazı mumiyalayaraq şüşə qəbirin içərisinə yerləşdirir.






Ancaq Salafia mumiyalamanı hansı texnologiya ilə həyata keçirdiyini heç kimə demir.
O, bu işin sirrini özüylə bərabər qəbirə aparır.
Hazırda İtaliyanın #Palermo şəhərində yerləşən bir muzeydə sərgilənən balaca qızın necə mumiyalandığının sirrini öyrənmək üçün arxeoloqlar illərlə araşdırma aparır.
Nəhayət bu sirri #Palermo #Universitetinin arxeoloqu Piombio #Maskali bacarır.
1999-ci ildən başlayaraq Mumiya ustası Salafianın sirrini açmağa çalışan Maskali təsadüfən bir əlyazma tapır.
Bu əlyazmasında Salafia balaca qızı necə mumiyaladığını ətraflı şəkildə qeyd etmişdi.
Maskali əl yazmanın tibb tarixi üçün çox önəmli bir mənbə olduğunu bildirir.
Alimlər Salafianın balaca qızın qanını kimyəvi bir maddə ilə dəyişdirdiyini düşünürdü.
Amma, əlyazmasında Salafia qeyd edib ki, Rosalia Lombardonun damarlarına alkoqol və salisil qarışıq bir maye daxil edib. Maskali hazırda əl yazma üzərində araşdırmalarını davam etdirir.


Daha maraqlı videoları izləmək üçün YouTube Kanalımıza abunə ola bilərsiniz

Videonu hazırladı: Elvin Nüsrətsoy
Femida.az

Açar sözlər: #Maraqlı   #Video   #Uşaq   #YouTube   #Femida   #Virus   #Almaniya   #Azərbaycan  

Oxunub: 2747