Tayvanda zəlzələ - Ölənlərin sayı artıb


12:46     08 Fevral 2018 zelze%20444.jpg

Tayvanın Xualyan bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təbii fəlakətlə əlaqədar yaradılan operativ qərargahın yaydığı açıqlamada bildirilir.

Məlumata görə, zəlzələ nəticəsində 265 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 62 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, fevralın 6-da Xualyanda 6,5 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələdən sonra bölgədə təkrar yeraltı təkanlar davam edir.

Femida.az

Açar sözlər: #Tayvan   #zəlzələ  

Oxunub: 527