Venesuelada prezident seçkiləri keçiriləcək


12:58     08 Fevral 2018 venesuela.jpg

Venesuelada prezident seçkilərinin tarixi məlum olub.

Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, seçkilər 2018-cı il, aprelin 22-də keçiriləcək.

Bu barədə Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena keçirdiyi mətbuat konfransında bəyan edib.

Bu gün ölkə prezidenti Nikolas Maduro müxalifətlə sülh razılaşması layihəsini imzalayıb. Müxalifət dövlət başçısının bu qərarını tanımadığını bildirib.

Qeyd edək ki, yanvarın 23-də Venesuelanın Konstitusiya Assambleyası ölkədə növbəti prezident seçkilərinin aprelin 30-da gec olmayaraq keçirilməsinə dair qərar qəbul edib. Bir gün sonra isə Venesuela prezidenti, Vahid Sosialist partiyasının sədri Nikolas Maduro ikinci müddətə prezidentliyə namizədliyini irəli sürdüyünü bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 474