“Görünür, seçkiqabağı dostluq açıqlamalarına ehtiyac var” – Politoloq


14:41     08 Fevral 2018 elxann%20s.jpg

Politoloq Elxan Şahinoğlu Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiya dumasındakı görüşünü şərh edib. Femida.az xəbər verir ki o, tərəflərin seçkiqabağı dosluq şüarları səsləndirməsini müsbət hal kimi dəyərləndirib:


“Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə əlaqədar Moskvada oldu. Dövlət Dumasının binasında bununla bağlı tədbir – sərgi keçirildi. Həmin tədbirdə çıxış edən Azərbaycan parlamentinin sədri Oqtay Əsədov prezident İlham Əliyevin fikrini xatırladaraq dedi ki, bütün dünyada münasibətlər Rusiya və Azərbaycan arasında olan münasibətlər kimi olsaydı, o zaman dünyada heç bir problem olmazdı. Öz növbəsində Dövlət Dumasının sədri Vyaçeslav Volodin dedi ki, iki ölkə arasında dostluq inkişaf edir, möhkəmlənir:

“Biz ölkələrimizin mövqelərini bir-birinə yaxınlaşdırırıq. Biz o ölkələrik ki, ümumi tariximiz və ümumi gələcəyimiz var”.

Görünür, növbədənkənar prezident seçkisi öncəsi bu tip səfərlərə və verilən dostluq açıqlamalarına ehtiyac var".

Femida.az

Açar sözlər: #Rusiya   #Azərbaycan   #parlament  

Oxunub: 607