Paytaxtın bu ərazilərində su olmayacaq


16:04     08 Fevral 2018 2018/02/su-olmayacaq-111_1518077258.jpg

Bu gün Bakının mərkəzində içməli suyun verilməsi dayandırılacaq.


Femida.az xəbər verir ki, buna səbəb Binəqədi nasos stansiyasından +41 "Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin "Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yerinin dəyişdirilməsidir.

Bununla əlaqədar "Azərsu” ASC-i vətəndaşlara xəbərdarlıq edib. Gün ərzində paytaxtın Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsində içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Femida.az

Açar sözlər: #Binəqədi   #metro   #Xəqani   #Bülbül   #Bakıxanov  

Oxunub: 845