Bərdədə dəhşətli hadisə: Yeni doğulan körpə küçəyə atıldı - VİDEO


21:53     08 Fevral 2018 2018/02/5a7c557cb3cae_4berdeee_1518098180.jpg

Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.


Femida.az xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onu xilas etmək mümkün olmayıb. Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan bildirib ki, körpə yeddi aylıq doğulub və qızdır: "Aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub".



Femida.az

Açar sözlər: #Bərdə   #Körpə   #Təcili   #Video   #DayTube   18+  

Oxunub: 4554