Münhen miqrant axınına tab gətirmir


15:04     15 Sentyabr 2015 AD25B63A-5125-4AEA-8828-3231716C8F1F_mw1024_s_n.jpg

Təkcə şənbə günü şəhərə 13 min miqrant daxil olub


Almaniyanın üçüncü ən böyük şəhəri olan Münhen şəhər rəsmiləri artıq qəbul edə bilmədiyini açıqlayıblar. Almaniyaya miqrant axını davam edir. Münhen polisi bildirib ki, hələ keçən həftənin şənbə günü şəhərə 13 min miqrant daxil olub.

"Biz bu sayda miqrant axınını qəbul etmək iqtidarında deyilik", - deyə şəhər rəsmiləri bildirib. Polis rəsmiləri isə "Biz imkanlarımız xaricinə çıxırıq", - deyərək vəziyyətin çıxılmazlığından xəbər veriblər.

Münhen meri Diter Reyterin sözlərinə görə onların şəhərə gələn miqrantları yerləşdirmək üçün imkanları yoxdur.

Rəsmilər miqrantları müvəqqəti yerləşdirmək üçün 1972-ci ildə tikilən Olimpiya sarayını nəzərdən keçirir. Bütövlükdə Avropa ölkələri Suriyadan gələn miqrant axınınına çətinliklə tab gətirir. Avropaya yalnız Suriyadan miqrantlar axın etmir, insanlar bura Əfqanıstandan, Eritreya və digər ölkələrdən də gəlir.

Macarıstan hakimiyyəti Serbiyadan gələn miqrantların qarşısını almaq üçün həmin ölkə ilə sərhədlərində keçid nəzarətini gücləndirib. Buna baxmayaraq həftənin bazar günü həmin sərhəddən 4 minə yaxın insan keçib.

Rəsmi məlumatlara görə, bu ilin əvvəlindən Serbiyadan və Macarıstana 175 min miqrant daxil olub ki onlarında əksər hissəsi sonradan Avstriya və Almaniyaya üz tutublar.

Avropa komissiyası keçən həftə Avropa İtifaqının 25 üzv ölkəsinin arasında 125 min qaçqın yerləşdirməyə məcburi kvotaların tətbiqi üzrə planlarını elan edib.

Açar sözlər:

Oxunub: 797