Ekologiyanı pozanlar cərimələndi
02:05 09 Fevral 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ETSN-nin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, 16-31 yanvarda aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 190 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 61 iş üzrə 44050 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 37 iş üzrə 24429,59 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 363 iş üzrə 61379,77 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına 3 iş göndərilib.
Oxunub: 788
Oxşar xəbərlər
- Ekologiya və təbii sərvətlər naziri beynəlxalq ictimaiyyətə çağırış edib
- Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif edib - SİYAHI
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Qarabağ üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib
- İşğalçılar Qarabağda ekologiyaya ziyan vuran obyektlər inşa ediblər - RƏSMİ
- Sumqayıtda ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
- DYP-nin “Ekologiya postu" sökülür
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib