Azərbaycanda xalq artisti evində ÖLÜ TAPILDI


05:06     09 Fevral 2018 18_02_08_1518124356.jpg


Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Femida.az xəbər verir ki, o, fevralın 8-i axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

Mərhumun meyiti yaşadığı evdə vəfat etdikdən 3 gün sonra tapılıb.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara iştirak edib.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə Şöhrət ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Ailə qurmayıb.
Allah rəhmət eləsin!

Açar sözlər: #xalq   #artisti   #vəfat   #ZərnigarAğakişiyeva   #mədəniyyət  

Oxunub: 19691