Zərnigar Ağakişiyeva harada dəfn ediləcək? - AÇIQLAMA
15:58 09 Fevral 2018
Xalq artisti Zərnigar Ağakişiyeva bu gün dəfn olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Femida.az-a verilən məlumata görə, o, doğulduğu Quba rayonunun Rustov kəndində, anasının yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, aktrisanın cəsədi dünən Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.
Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
Femida.az
Oxunub: 1852
Oxşar xəbərlər
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb
- Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medalla birinci olub
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
- Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub