Beynəlxalq Banka yeni baş direktor təyin edilib


17:23     09 Fevral 2018 2018/02/aynur_-accessbank_1518169524.jpg

"AccessBank"ın icraçı direktoru dövlət bankının rəhbərliyinə təyinat alıb


Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında İnsan resursları və administrasiya üzrə Baş direktor vəzifəsinə təyinat alıb.

A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.

A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.

"AccessBank" A.Süleymanlıya gələcək fəaliyyətində uğurlar arzulayır!

Femida.az

Açar sözlər:

Oxunub: 2328